Beynəlxalq Sertifikatlı Smm Kursu

Smm+Satış Kursu Başlayır!

SMM sahəsini öyrənmək istəyənləri peşəkar Digital mütəxəssis olaraq yetişdirən, 25-ci dəfə keçirilən və ölkənin ən çox tələbə qəbul edən SMM + Satış kursuna qoşularaq hər şeyi sıfırdan, heçnə gizlədilmədən və tam dərindən öyrənməyə dəvət edirik!

Smm Dərsləri Necə Keçirilir?

SMM kursu dərsləri 6–7 nəfərlik qruplar ilə 2 ay müddətində, həftədə 2 dəfə, hər dərs 1.5–2 saat olaraq tədris edilir. Kurs müddətində hər şey tam sıfırdan, real təcrübələr üzərində, praktiki şəkildə işlənərək öyrədilir. Kursu uğurla bitirmiş tələbələr müvafiq təcrübə proqramlarına və iş imkanlarına yönləndirilir.

Dərslər Üç Formada Tədris Edilir!

  1. Canlı – 2 AY
    (Mərkəzdə real və praktiki formada)
  2. Onlayn – 2 AY
    (Zoom platforması üzərindən səhər dərsləri)
  3. Video Dərslər
    (1 il boyunca saytımızda sizə özəl profilə daxil olaraq hazır video dərsləri izləyərək öyrənə bilərsiniz)

Təlimin Bənzərsiz Proqramı!

1. SMM Mövzusuna Giriş: Marketinq Bilikləri

(Marketinq, reklam, brendinq, strategiya, rəqəmsal marketinq, sosial media marketinqinə doğru yanaşma. Aralarındakı əlaqələr, sıfırdan başlayanlara özəl biliklər.)

2. Rəqəmsal Bazar Araşdırmasının Təşkili – (Praktiki)

(Əyani bazar araşdırması nədir? Hansı istiqamətdə, nə zaman və hansı hədəflər üzrə aparılır? Rəqəmsal bazar araşdırmasının aparılması, rəqiblərin analizi və onların gizli məlumatlarının çıxarılması, reklam bazarının analizi, müştəri kütlələrinin ehtiyac analizi, statistik və keyfiyyət araşdırmaları.)

3. Kontent Marketinq – Rəng Marketinqi

(Kontent marketinq strategiyası, psixoloji təsir göstərən və satışı artıran fərqli kontentlərin sosial mediada effektiv tətbiqi, konkret araşdırma, kontent planlaması, kontent yaradılması, satış, istifadəçi, tanıtım və diqqət çəkici kontentlərin yaradılma prinsipləri.)

4. İlkin Dizayn Bacarıqları – 120 Dollar Dəyərində Premium Dizayn Proqramı Hədiyyə (Praktiki)

(Canva üzərindən qrafik dizayn bacarıqlarının formalaşdırılması, yaradılan kontentlərin dizayna çevrilməsi, məhsul və xidmət satış posterlərinin hazırlanması, yüzlərlə süni intellekt alətinə pulsuz giriş.)

5. Hiyləli Satış Dizaynları (Post, Logo, Animasiya, Video, Karusel, Poster) – (Praktiki)

(Hədəf kütlə, takipçi, bilinirlik və satış qazandıran fərqli karusel və poster dizaynlarının onlayn alış psixologiyasına əsaslanan praktiki tətbiqi.)

6. Reels Videolarının Hazırlanması – (Praktiki)

(Canva və CapCut üzərindən məhsul və xidmətlərin tanıtımı üçün video edit prosesinin öyrədilməsi.)

7. Instagram Marketinqə Giriş – (Praktiki)

(Instagram-da doğru biznes səhifəsi ayarları, reklam keyfiyyətini aşağı salan yanlış ayarlardan qaçınma, səhifədə satış strukturunun qurulması, profilin önə çıxarılması üçün gizli SEO ayarları və digər açıqlanmayan mövzular.)

8. Instagram Reklamları + Hiylələri – (Praktiki)

(Doğru reklam ayarları, reklam hesabı inteqrasiyaları, hədəf kütlə seçimi, reklam nəticələrinə təsir edən ayarlardan asılı olmayan amillər.)

9. Facebook Marketinqə Giriş Meta – (Praktiki)

(Meta tələblərinə uyğun Facebook biznes səhifəsinin yaradılması, Instagram biznes səhifəsinə və vahid reklam mərkəzinə bağlanması, biznes səhifəsinin adminliyi, korparativ tələblər, konum əlavə olunması və s.)

10. Meta Dərinlikləri

(Şirkət hesabının qurulması və təsdiqlənməsi, daxili ayarlar, adminlik səlahiyyətləri, reklam hesabı ayarları, saytın Meta-ya bağlanması, reklam borclarının silinməsi və reklam bloklarının aradan qaldırılması.)

11. Meta Ads – Peşəkar Reklamçılıq (Praktiki)

(Bir büdcə ilə 5 platformada limitsiz reklam, test, satış və tanıtım reklamlarının fərqləri və tətbiqi. Takipçi, aktivlik, mesaj, zəng və qeydiyyat artıran reklam strategiyaları. Targeting, retargeting, remarketing və digər üsullar.)

12. LinkedIn və TikTok biznes səhifələri Reklamları

(LinkedIn və TikTok biznes səhifələrinin qurulması, satış gətirən və vakansiyalara uyğun namizədlərin tapılması üçün peşəkar reklamların hazırlanması.)

13. YouTube Marketinq + Hiylələri – (Praktiki)

(Peşəkar YouTube kanalının qurulması, rəqib kanalların təhlili, video paylaşım ayarları, bloklanmadan yayınma yolları, YouTube SEO sirləri, 1000 abunə və 4000 saat limitlərinin qısa müddətdə keçilməsi.)

14. Veb Saytların Qurulması və Dizaynı – 400 Dollar Dəyərində Premium Proqram Hədiyyə (Praktiki)

This is a placeholder tab content. It is important to have the necessary information in the block, but at this stage, it is just a placeholder to help you visualise how the content is displayed. Feel free to edit this with your actual content.

15. Veb Saytların İdarəsi və Təhlükəsizliyi – (Praktiki)

(Sayt dizaynının peşəkarlaşdırılması, saytın idarə edilməsi, limitsiz səhifə yaradılması, xidmətlərin yerləşdirilməsi, SEO və geo ayarları.)

16. Google Reklamları (Google Ads + Google Analytics) – (Praktiki)

(Google Ads hesabının qurulması, axtarış reklamları, Google Analytics inteqrasiyası.)

17. Süni İntellektlər və İstifadə Qaydaları

(Süni intellekt vasitəsilə SEO mətnləri, kontent, foto və video emalı, müştərilərə önərilmə texnikaları.)

18. Satış Texnikaları

(SMM ilə satışın əsasları, direct satışlar, 4 fərqli satış üslubunun paralel tətbiqi, müştəri seqmentləri və satışın artırılması.)

Təlimçi Kimdir?

Bu təlimin adi smm kurslarından fərqi nədir?

Təlimin 7 Fərqli Üstünlüyü!

1. A-dan Z-yə hər xırdalıq!
Təlim 2 ay müddətində tam dərinlikləri ilə (heç nə saxlanılmadan və gizlədilmədən) geniş və bənzərsiz proqram əsasında keçirilir. Sonda tam əminliklə “Mən SMM mütəxəssisəm” deyə biləcəksiniz!


2. Daha Üstün Beynəlxalq Sertifikat!
2 aylıq təlimi uğurla bitirən hər kəs 2 fərqli yöndə, yəni həm SMM, həm də SATIŞ mövzusunda rəsmi və istəyə uyğun olaraq beynəlxalq sertifikat əldə edə biləcək.
Beynəlxalq sertifikat Türkiyə və İngiltərədə akkreditasiya edilmiş qurumlar tərəfindən adınıza göndərilir.
Bu da iş axtararkən, şirkətlərə CV göndərərkən sizin üçün birbaşa üstünlük olacaqdır!


3. Hiyləli Üsullar
Bir çox standart SMM proqramlarından və kurslarından fərqli olaraq, siz bu kursda həm də SMM reklamlarında büdcə, target, kontent hiylələrini öyrənə biləcəksiniz. Bu da standart bir SMM menecerinin əldə etdiyi nəticələrin 2–3 qatını qazanmağınıza kömək olacaqdır.


4. Video Dərslər ilə Unutmayacaqsan!
Təlim müddətində gecikdiyiniz, iştirak edə bilmədiyiniz və ya dinləməyi unutduğunuz dərslərin dərdini çəkməyəcəksiniz. Çünki keçilənlərin hamısı saytımızda video dərslər şəklində yerləşdirilir. Sonradan rahatlıqla izləyə biləcəksiniz. Hətta təlimi bitirsəniz belə, daim baxıb təkrarlamaq fürsətiniz olacaqdır.


5. 120 DOLLAR Qənaət Et!
SMM fəaliyyətləri həyata keçirən hər kəs üçün vazkeçilməz olan Canva platformasında illik qoşulma haqqı 120 dollar təşkil edən premium hesab bizdən bütün iştirakçılara pulsuz hədiyyə ediləcəkdir.


6. 400 DOLLAR Qənaət Et!
İstər fərdi sahibkarların, istərsə də SMM menecerlərin üstün bacarığına çevriləcək və adi bir SMM kursunda öyrədilməyən veb saytların qurulması və idarə edilməsi dərslərində sizlərə dəyəri 400 dollar olan premium veb dizayn aləti hədiyyə edilir!


7. Mütəxəssis Təlimçi
6 ildən artıq bu sahədə fəaliyyət göstərən, 800-dən çox SMM mütəxəssisi yetişdirmiş, 5000-ə yaxın auditoriyaya təlim keçmiş, 100-dən çox SMM fəaliyyətində iştirak və rəhbərlik etmiş, Digitaldot və Global Edu İnkişaf Mərkəzinin təsisçisi olan Ramil İlhamlıdan öyrənmək şansı.

Təlimin Qiyməti

Rəsmi və Beynəlxalq Setifikat ilə Aylıq 250 azn

Rəsmi sertifikat ilə Aylıq 199 azn

Birbaşa Qeydiyyat!

Bu formu bitirebilmek için tarayıcınızda JavaScript'i etkinleştirin.
Adı Soyadı
Dərs Formatınız Seç
Setifikat Formatını Seç

Təhsil, təlim və imtahan fəaliyyətlərimiz beynəlxalq keyfiyyət standartlarına uyğundur və beynəlxalq akkreditasiyadan keçmişdir.