Praktiki Mobiloqrafiya Kursu!

Mobil telefonların kamerası hər il daha da inkişaf edir və artıq sosial media, reklam və şəxsi brend üçün tam peşəkar çəkilişlər etmək mümkündür. Lakin bunun üçün yalnız yaxşı telefon kifayət etmir — düzgün kadr quruluşu, işıq seçimi, montaj, səs və süni intellekt alətlərindən istifadə kimi bacarıqlara ehtiyac var.

Praktiki Mobiloqrafiya Kursu məhz bu bacarıqları sıfırdan və ya mövcud biliklərin üzərində quraraq sənə öyrətmək üçün hazırlanıb. Kursda həm nəzəri, həm də real çəkiliş ssenariləri üzərində praktiki tapşırıqlar yerinə yetirilir. Sən yalnız qaydaları öyrənməyəcək, həm də dərhal tətbiq edərək öz portfolionu formalaşdıracaqsan.

Kursun Məqsədi

Bu kurs “gözəl video çəkməyi” deyil, telefonunuzu güclü bir marketinq alətinə çevirməyi
öyrədir. 1 ayın sonunda siz ssenari yazmaqdan çəkilişə, montajdan rəng korreksiyasına
qədər tam bir video layihəni sıfırdan təhvil verə biləcək səviyyəyə gələcəksiniz.

Kurs 1 ay müddətində həftədə 2 dəfə 1.5 2 saat olmaqla yalnız əyani şəkildə praktiki dərslər əsasında keçirilir. Dərslər Videoqrafiya və məzmun marketinqi üzrə mütəxəsis Hüseyn Cabbarov tərəfindən tədris edilir.

Kursun Proqramı

Dərs 1: Kameranın Gizli Potensialı və Səs
Dərs 2: Hərəkət (Stabilizasiya)
Dərs 3:Süni İntellektlər ilə İş
Dərs 4: Montaj – I Hissə (Storytelling)
Dərs 5: Məhsul Çəkilişi və CapCut Pro ilə edit.
Dərs 6: Məkan və İnteryer Çəkilişi
Dərs 7: Restoran da çəkiliş.
Dərs 8: Model ilə İş və Lifestyle Çəkiliş
Dərs 9: Final layihə,Sertifikat, Portfolio hazırlanması.

Bu Kurs Kimlər Üçündür?

  • Telefonu ilə peşəkar çəkiliş etmək istəyənlər
  • Reels, TikTok və sosial media üçün keyfiyyətli məzmun hazırlamaq istəyənlər
  • Kiçik biznes sahibləri öz işini idarə edənlər
  • Smm mütəxəsislər və Kontent yaradıcıları
  • Foto/videoya marağı olan şəxslər
  • Reklam və marketinq sahəsində çalışanlar

Kursun Ödənişi 199 azn təşkil edir

Standart Qeydiyyat!

Bu formu bitirebilmek için tarayıcınızda JavaScript'i etkinleştirin.
Dərsi Hansı Formatda İstəyirsiniz?
Bizi Haradan Tapdınız?